Google Chrome Yukle

Google Chrome Portable Latest Version

Google Chrome v57.0.2987.133 Full Yüklə

İnternetdə sürətli və təhlükəsiz şəkildə səyahət etmənizə imkan verən pulsuz bir veb brauzer olan Google Chrome Yukle sahib olduğu əlfəcinlər, sinxronizasiya variantları, məxfilik rejimi, plugin və tema dəstəyi kimi bir çox xüsusiyyəti ilə internet istifadəçilərinin bir nömrəli seçimi olmağı bacarmışdır. 

Olduqca sadə və asan bir istifadəçi interfeysinə malik olan bu brauzer vasitəsilə internetdə gəzərkən fikrinizi tamamilə gördüyünüz işə yönəldə və diqqətinizi dağıda biləcək bütün lazımsız şeylərdən uzaqlaşa bilərsiniz. Bu sayədə internet təcrübənizi bir addım irəli daşıya bilərsiniz. Həmçinin Google Chrome`da tema və plugin dəstəyi sayəsində brauzeri istədiyiniz formada şəxsiləşdirmə şansına da sahibsiniz. Həm 32-Bit həm də 64-Bit sistemlərlə uyğun şəkildə işləyən Google Chrome, sahib olduğu fərqli şəxsiləşdirmə variantları ilə istifadəçilərin özlərinə məxsus bir brauzerə sahib ola bilmələrinə imkan yaradır. Brauzerdə yer alan avtomatik tamamlama xüsusiyyətinin də həyatınızı xeyli asanlaşdıracağını söyləməkdə fayda var. Bütün bu bəhs etmiş olduğumuz mükəmməl xüsusiyyətlərdən başqa, Google Chrome`da yer alan PDF oxuyucu sayəsində veb saytlarında yer alan bütün PDF uzantılı faylları sürətli bir şəkildə oxuya bilərsiniz.

Məxfilik və təhlükəsizliyə önəm verən istifadəçilər üçün də bir çox təkmilləşmiş xüsusiyyəti və parametri olan Google Chrome, daxil olmaq istədiyiniz saytların etibarlı olub olmadığına da sizin üçün nəzarət edir. Əgər daxil olmaq istədiyiniz sayt hər hansı bir zərərli proqram ehtiva edir və ya daha əvvəldən şübhəli əməliyyatlar etmişsə bu barədə sizi xəbərdar edir. Ziyarət etdiyiniz saytlara əlavə olaraq, kompüterinizə yükləmək istədiyiniz fayllar üçün də sizi xəbərdar edən internet brauzeri həqiqətən işini çox yaxşı görür.

İnternetdə gəzərkən hər hansı bir iz buraxmaq istəməyən istifadəçiləri da düşünən Chrome sahib olduğu Gizlilik Rejimi sayəsində istifadəçilərinə internetdə anonim şəkildə səyahət etmək imkanı verir. Gizlilik rejimini istifadə edərək etdiyiniz əməliyyatların hər hansı bir şəkildə qeydiyyatı tutulmur və tarixçəyə heçbir məlumat daxil edilmir. 

Google Chrome`un sahib olduğu ən gözəl xüsusiyyətlərdən biri də şübhəsiz ki, inkişaf etmiş sinxronizasiya xüsusiyyətləridir. Brauzerdə yer alan sinxronizasiya  xüsusiyyəti sayəsində Google hesabınızı açaraq keçirdiyiniz bütün əməliyyatları hesabınızla əlaqələndirə və daha sonra fərqli bir kompüterdə və ya telefonda, planşetdə həmin hesabı açaraq qaldığınız yerdən işlərinizə asanlıqla davam edə bilərsiniz.

Davamlı yenilənərək daha sürətli və təhlükəsiz hala gələn Google Chrome yeniləmə variantlarını də istifadəçilərinə avtomatik olaraq təqdim edir. Hər hansı yeni bir yeniləmə gəldiyi zaman sizi avtomatik olaraq xəbərdar edən brauzer davamlı olaraq ən stabil işləyən varianta keçid etmənizi asanlaşdırır.

Google Chrome brauzerini kompüterinizə yükləyə bilməniz üçün aşağıda 2 link təqdim etmişik. Chrome`un rəsmi saytından yükləmə sonrası quraşdırma zamanı problem yaşanarsa verdiyimiz Portable(quraşdırma tələb etməyən) versiyasını yükləyib istifadə edə bilərsiniz.


internet proqrami yukle

Pulsuz Yukle



32 Bit >>      YÜKLƏMƏ LİNKİ:YÜKLƏ

64 Bit >>      YÜKLƏMƏ LİNKİ:YÜKLƏ

Portable >>  YÜKLƏMƏ LİNKİ:YÜKLƏ

Həyat paylaşdıqca gözəldir

Oxşar Proqramlar

Previous
Next Post »