GOM Player Yukle


GOM Player v2.3.15.5271 Full Yüklə

Gretech Online Movie Player (GOM) video və səs fayllarınızı rahatlıqla oynada biləcəyiniz, Windows`un ənənəvi Media Player`nə alternativ bir media player`dir. Bilinən bütün səs və video uzantılarını dəstəkləyən və problemsiz bir şəkildə açan GOM Player içərisində yer alan oturaq codec mühərriki sayəsində istifadəçilərin əlavədən bir codec paketi yükləmələrinə ehtiyac qalmır.

Olduqca sadə bir quraşdırma əməliyyatının ardından fərz edilən media player kimi GOM Player`i seçmək istəyib istəmədikləri barədə sorğu istifadəçilərə verilir və həmçinin GOM Player ilə işləməsini istədiyiniz faylları seçmək şansı da sizə təqdim olunur. Proqramı ilk dəfə istifadə edəcək olsanız belə sahib olduğu istifadəçi dostu və asan, aydın interfeysi sayəsində heç bir çətinlik çəkməyəcəksiniz.

GOM Player`in istifadəçi interfeysi üstündə sağ klikləyərək açacağınız menyu köməyi ilə proqramın sahib olduğu bir çox funksiya ilə bilavasitə tanış ola bilərsiniz. Həmçinin proqramın alt hissəsində yer alan idarə düymələri vasitəsilə səs və video fayllarınızı asanlıqla idarə edə bilərsiniz. Bunlara əlavə olaraq GOM Playerin istifadəçilərə təqdim etdiyi bir gözəl xüsusiyyət də mövzu dəstəyidir. Bu sayədə mp3 playerinizi istədiyiniz şəkildə şəxsiləşdirə və GOM Player`in ən bəyəndiyiniz mövzusunu seçərək istifadə edə bilərsiniz.

GOM Player`dən stifadə zamanı hər hansı bir donma, ilişmə və ya çökmə kimi bir problemlə qarşılaşmayacaqsınız. GOM Player bütün media formatlarını problemsiz şəkildə oynadır və oynatma zamanı kompüterin ümumi işləmə sürətinə qətiyyən təsir etmədən çalışır. AVI, MPEG, DAT, WMV, ASF, ASX, MP4, MKV kimi media formatlarının hamısını və daha artığını dəstəkləyən proqram əlavə olaraq inkişaf etmiş bir altyazı dəstəyinə də malikdir. SMI, SRT, RT, SUB və daha bir çox altyazı formatını problemsiz şəkildə işlədə bilən proqram, altyazıları istədiyiniz şəkildə şəxsiləşdirməyə də imkan verir. Belə ki, videolar və altyazı arasında hər hansı bir sinxron sürüşməsi varsa bunu da GOM Player ilə sadə bir şəkildə həll edə bilərsiniz.

Öz oynatma siyahınızı hazırlaya, altyazıları istədiyiniz kimi özəlləşdirə, ekvalayzer
parametrlərini, video parametrlərini dəyişdirə biləcəyiniz və daha çoxunu edə biləcəyiniz güclü bir media proqramına ehtiyac duyursunuzsa GOM Player`i mütləq sınamalısınız.





YÜKLƏMƏ LİNKİ:YÜKLƏ

Həyat paylaşdıqca gözəldir

Oxşar Proqramlar

Previous
Next Post »